Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələrinə başlanılıb.
TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər, Qax, Kürdəmir, Quba, Füzuli, Bərdə, Şamaxı, İmişli, Şəki, Beyləqan, Ağcabədi rayonlarının mərkəzi xəstəxanalarında, Şirvan və Mingəçevir şəhər xəstəxanalarında, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Yasamal, Səbail və Nəsimi rayonları üzrə Yeni Klinikada, Qaradağ rayonu üzrə Lökbatan Tibb Mərkəzində, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarının tibb mərkəzlərində keçirilir.
Yasamalda yanğın səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunanların vəziyyəti açıqlanıb
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək - 29.12.2025
Qeyri-neft-qaz sektorunda 2500 manatdan çox əməkhaqqı alanlar üçün icbari tibbi sığorta haqqı dəyişir - 29.12.2025
Ümumilikdə, 401 ailə (1648 nəfər) müayinələrə cəlb olunacaq. Onların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçiriləcək.
Tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır. TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması nəzərdə tutulub.
Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.