Laçına ilin ilk köç prosesi reallaşıb

Laçına ilin ilk köç prosesi reallaşıb
30.01.2024 17:05
Aa
dəq

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna cari ilin ilk köç prosesi həyata keçirilib. Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Laçın şəhəri bu dəfə 23 ailəyə qucaq açıb, daha 72 laçınlının yurd həsrəti bitib. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar və Laçın şəhərinin gözəl mənzərəsini seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin olunub.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimiz tərəfindən bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Həftənin ən çox oxunanları

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi
DAVAMIN OXU davamın oxu

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb

Ceyhun Bayramov: Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
DAVAMIN OXU davamın oxu