Əsas məzmuna keç

Laçın və Daşkəsənə dolu düşüb

Laçın və Daşkəsənə dolu düşüb

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir: Qərb bölgəsində yağıntı intensivləşib, temperatur enib. Digər rayonlarda vəziyyət necədir? Təfərrüat burada.

en ru

Laçın şəhəri və rayonuna dolu düşüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 14-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində şimşək çaxıb, arabir yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.

Mayın 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Saatlıda 21, Zaqatala və Sabirabadda 20, Naftalanda 18, Qobustan və Biləsuvarda 16, Şəkidə 15 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı: Qaxda (Sarıbaş) 23, Sabirabad, Şahbuzda 13, İmişlidə 9, Gədəbəydə 8, Saatlı, Qobustanda 7, Şirvan, Ordubad, Biləsuvar, Culfada 4, Bakıda və yarımadasında, eyni zamanda Göygöl, Daşkəsən, Balakən, Zaqatala, Şamaxı, Cəlilabad, Beyləqan, Lənkəran, Astara, Lerikdə 3, İsmayıllı, Ağstafa, Neftçala, Cəbrayıl, Sədərək, Ağdamda 2, Laçın, Yardımlı, Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, Kürdəmir, Xaltan (Quba), Xızı, Şəki, Şahdağ, Tovuz, Gəncə, Naftalan, Şəmkir, Goranboy, Naxçıvan, Şərurda 1 mm-dir.

Mayın 13-də saat 18:23-18:30 radələrində Laçın şəhərinə 9-12 mm, saat 19:32-19:34 radələrində isə Daşkəsən rayonuna xırda dənəli dolu düşüb.

Hava proqnozu

19° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 22° 18°
  2. Sabah Yüngül leysan 19° 14° yağış 86%
  3. Birigün Yüngül leysan 16° 14° yağış 75%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…