Laçın hava limanı nəzarət sistemi ilə təchiz ediləcək

Laçın hava limanı nəzarət sistemi ilə təchiz ediləcək
17.04.2024 17:49
Aa
dəq

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “DFS Aviation Services” şirkəti ilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AZAL-a istinadən xəbər verir.

Əməkdaşlığın genişləndirilməsinə dair müqavilə Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərxan Quliyev və “DFS Aviation Services” şirkətinin icraçı direktoru Andreas Petç arasında imzalanıb.

“DFS Group” şirkətinin bir hissəsi olan “DFS Aviation Services” Almaniyanın aeronaviqasiya xidmətləri təminatçısı və bu sahə üzrə dünya liderlərindən biridir.

Sözügedən müqavilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsini əhatə edir. Bu addım AZAL-ın davamlı inkişafa və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini vurğulayır.

Səmərəliliyi və etibarlılığı ilə tanınan “Phoenix” sistemi Azərbaycanın hava limanlarında, o cümlədən Füzuli və Zəngilan aeroportlarında AZANS-ın altı hava hərəkətinin idarəedilməsi qülləsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, sistem “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün ehtiyat sistem kimi istifadə olunur.

Bildirilir ki, uğurlu əməkdaşlıq çərçivəsində AZANS və “DFS Aviation Services” müxtəlif təşəbbüslər üzərində işləyir.

Qeyd edək ki, AZANS və Milli Aviasiya Akademiyası Azərbaycanda aviadispetçerlərin hazırlığı üzrə vahid mərkəzin yaradılması layihəsini həyata keçirir. Bu mərkəz “DFS Aviation Services” şirkətinin təlim materialları və standartları ilə təchiz olunacaq.

Həftənin ən çox oxunanları

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Füzuliyə növbəti köç karvanı yola düşüb

Füzuliyə növbəti köç karvanı yola düşüb
DAVAMIN OXU davamın oxu

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb
DAVAMIN OXU davamın oxu