Operativ Məlumat Mərkəzi

La Manş boğazında 5 mühacir batıb

1 dəq
Paylaş:
La Manş boğazında 5 mühacir batıb
hadisə mühacirlərin qayığı dayaz akvatoriyada saya oturan zaman baş verib. Qayıqda, ümumilikdə, 112 mühacir olub. Polis digər mühacirləri xilas edib....

Fransadan La Manş boğazı ilə Böyük Britaniyaya keçməyə çalışan 1-i 7 yaşlı uşaq olmaqla 5 mühacir ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə mühacirlərin qayığı dayaz akvatoriyada saya oturan zaman baş verib.

Qayıqda, ümumilikdə, 112 mühacir olub. Polis digər mühacirləri xilas edib.

Şahidlər ölən azyaşlının qız uşağı olduğunu və faciənin atasının gözləri qarşısında baş verdiyini deyiblər.

Britaniyanın baş naziri Rişi Sunak “bu, faciə bir daha göstərir ki, insanların belə təhlükəli səyahətlər etməsinin qarşısını almaq lazımdır”, - deyə hadisəni şərh edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər