Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qırğızıstan İrandakı səfirliyini bağladı

1 dəq
Paylaş:
Qırğızıstan İrandakı səfirliyini bağladı

Qırğızıstanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Eyni zamanda Qırğızıstan XİN İrana səfərlərdən çəkinməyi tövsiyə edir. Fövqəladə vəziyyətlər və ya konsulluq-hüquqi yardım almaq zərurəti yarandıqda XİN-in Konsulluq departamentinin qaynar xəttinə və İranla həmsərhəd dövlətlərdəki Qırğızıstan nümayəndəliklərinə müraciət edilməlidir", - məlumatda bildirilib.

İranda olan Qırğızıstan vətəndaşlarından yüksək sayıqlıq göstərmək, tədbirlərinə ciddi riayət etmək, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq, həmçinin yerli hakimiyyət orqanlarının tələblərini qeyd-şərtsiz yerinə yetirmək xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax