Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qırğızıstan VI Ümumdünya Köçəri Oyunlarına ev sahibliyi edir

3 dəq
Paylaş:
Qırğızıstan VI Ümumdünya Köçəri Oyunlarına ev sahibliyi edir

altıncı dəfə keçirilən “” – Ümumdünya Köçəri Oyunlarına ev sahibliyi edir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, avqustun 31-dən sentyabrın 6-dək davam edəcək tədbirdə köçəri xalqların mədəni irsi, növləri və tarixi qlobal platformada nümayiş etdirilir.

2014-cü ildə ilk dəfə keçirilən Ümumdünya bu il yenidən öz vətəninə – Qırğızıstana qayıdıb.

“Köçəri dünyasının Olimpiadası” kimi xarakterizə olunan tədbir yalnız idman yarışlarından ibarət deyil. Proqrama ənənəvi idman növləri ilə yanaşı, mədəni sərgilər, elmi müzakirələr, musiqi və sənətkarlıq nümunələri də daxildir.

Oyunların əsas məqsədi modernləşmə nəticəsində yox olmaq təhlükəsi ilə üzləşən qədim adət-ənənələri və köçəri həyat tərzinə xas bacarıqları gələcək nəsillərə ötürməkdir.

Budəfəki yarışlarda 112 ölkədən 3 minə yaxın iştirakçının qatıldığı bildirilir. Proqrama atüstü oyunlar, güləş, oxatma, ovçuluq ənənələri, güc yarışları və intellektual oyunlar daxil olmaqla 42 idman növü daxildir.

Tədbirin rəsmi açılış mərasimi yeni istifadəyə verilən “Bishkek Arena” stadionunda baş tutub.

Yarışların əsas hissəsi isə İssık-Kul gölü ətrafında, o cümlədən Çolpon-Ata şəhərində və Kırçın dərəsində təşkil olunur.

İştirakçılar arasında Azərbaycan də yer alır. Ölkəmiz tədbirin idman, mədəni və elmi proqramlarında təmsil olunur.

Yarışlarda kok-boru, er eniş, salbuurun və “Toguz korgool” kimi ənənəvi idman və intellektual oyunlara xüsusi yer verilib.

Qeyd edək ki, 2026-cı il Ümumdünya Köçəri Oyunları Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ilə eyni vaxta təsadüf edir. Bu isə ölkənin həm diplomatik, həm də mədəni mübadilə mərkəzi kimi beynəlxalq diqqət mərkəzinə çıxmasına səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə