Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində iki qısamənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Yaponiyanın müdafiə nazirinin sözlərinə görə, hər iki raket Yaponiyanın iqtisadi zonasından kənara düşüb.
Birinci ballistik raket 550 kilometr, digəri isə 600 kilometr məsafə qət edib.
Onların uçuşunun hündürlüyü maksimum 50 kilometr olub.
Xatırladaq ki, Şimali Koreya ötən həftə qitələrarası “Hvason-18” ballistik raketinin buraxılışını həyata keçirib. Sözügedən raketin 1001 kilometr məsafə qət etdiyi bildirilib.