Əsas məzmuna keç

Kürdəmirdə 5 ət kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulduğu aşkarlanıb

Kürdəmirdə 5 ət kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulduğu aşkarlanıb

Kürdəmirdə 5 ət məntəqəsində sanitar-gigiyenik normaların pozulduğu aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

vəziyyətin qiymətləndirilməsi, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Kürdəmir Rayon Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ət kəsimi və məntəqələrində monitorinq keçirilib.

Keçirilən tədbir zamanı 5 məntəqədə sanitar-gigiyenik normaların pozulması halları aşkar edilib.

Qayda pozuntusuna yol verən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…