Operativ Məlumat Mərkəzi

Kür çayında tapılan meyitin kimliyi dəqiqləşib

1 dəq
Paylaş:
Kür çayında tapılan meyitin kimliyi dəqiqləşib
iyunun 2-də Tovuz rayonunda avtomobillə Kür çayına düşənlərdən iyunun 9-da tapılan meyitin Vüqar Cəfərovun olduğu dəqiqləşib. Digərlərinin axtarışları...

Kür çayında tapılan meyitin kimliyi müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iyunun 2-də Tovuz rayonunda avtomobillə Kür çayına düşənlərdən iyunun 9-da tapılan meyitin Vüqar Cəfərovun olduğu dəqiqləşib.

Digərlərinin axtarışları hələ davam edir.

Xatırladaq ki, "VAZ-2107" markalı avtomobilin Kür çayına düşməsi nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilmişdi.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər