İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüksək rütbəli komandirlərindən biri ABŞ-nin İrana qarşı 40 günlük “təcavüz müharibəsi” zamanı və ondan sonra bütün imkanlarını səfərbər etməsinə baxmayaraq, Hörmüz boğazı ilə bağlı məqsədlərinə çata bilmədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə SEPAH-ın siyasi məsələlər üzrə komandan müavini general Yadullah Cəvani açıqlama verib.
O qeyd edib ki, ABŞ İrana qarşı qarşıdurmada bütün gücünü səfərbər etsə də, sonda uğursuzluqla üzləşəcək.
Cəvani bildirib ki, Donald Trump üçün əsas problem Hörmüz boğazının yenidən açılması məsələsidir və Vaşinqton bu məqsədə çatmaq üçün cəhd etsə də nəticə əldə edə bilməyib.
O əlavə edib ki, Tramp 28 fevraldan əvvəlki vəziyyətə qayıtmağa və ya mövcud vəziyyəti dəyişməyə qadir deyil.