Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin-Tramp telefon danışıqları barədə məlumatlar mütəmadi açıqlanır - Kreml

1 dəq
Paylaş:
Putin-Tramp telefon danışıqları barədə məlumatlar mütəmadi açıqlanır - Kreml

Kreml Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Tramp arasında aparılan danışıqlarına dair məlumatların mütəmadi olaraq ictimaiyyətə çatdırıldığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Rusiya Prezidentinin katibi Dmitri açıqlama verib.

Bildirilib ki, o, "RİA Novosti"yə müsahibəsində Kreml tərəfindən bu cür danışıqlar barədə mütəmadi hesabat verildiyini qeyd edib.

Qeyd olunub ki, Peskov ABŞ Prezidentinin Putinə zəng etməsi ilə bağlı açıqlamasına münasibət bildirərək, bütün məlumatların mətbuat üçün brifinqlər vasitəsilə təqdim olunduğunu deyib.

Məlumata görə, o, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun da bu danışıqlarla bağlı jurnalistlərə məlumat verdiyini xatırladıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində Putinlə əlaqə saxladığını açıqlamışdı.

Qeyd edilib ki, Tramp 24 apreldə də Rusiya ilə dialoqun vacibliyini vurğulayaraq, münaqişə dövründə belə ünsiyyətin dayandırılmamalı olduğunu bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax