Operativ Məlumat Mərkəzi

Kreml: Putin Si Cinpinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyib

1 dəq
Paylaş:
Kreml: Putin Si Cinpinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyib
bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Rusiya Federasiyasının prezidenti Çin lideri ilə Ukrayna sülh planını müzakirə etmədiyini, Çinin...

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Federasiyasının prezidenti Çin lideri ilə Ukrayna sülh planını müzakirə etmədiyini, Çinin təşəbbüsü ilə bağlı fikir mübadiləsi aparıldığını söyləyib.

Qeyd edək ki, Çin lideri Si Cinpin martın 20-22-də Rusiyada səfərdə olub. O, martın 20-də, səfərinin birinci günü Putinlə Kremldə 4,5 saat təkbətək qeyri-rəsmi danışıqlar aparıb. Matın 21-də isə nümayəndə heyətlərinin iştirakı ilə Putin və Cinpin arasında ikitərəfli görüş keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər