Operativ Məlumat Mərkəzi

Kosmosa uçan ilk türk bəlli oldu

2 dəq
Paylaş:
Kosmosa uçan ilk türk bəlli oldu
Prezident Ərdoğan kosmosa gedən ilk türkü açıqlayıb. Alper Gezeravcı həqiqi üzv, Cihangir Atasever isə əvəzedici üzv olub. Ərdoğan bildirib: "May ayında...

Türkiyədə kosmosa gedən ilk türk bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KiV-ə istinadən xəbər verir ki, Prezident Ərdoğan kosmosa gedən ilk türkü açıqlayıb.

Alper Gezeravcı həqiqi üzv, Cihangir Atasever isə əvəzedici üzv olub.

Ərdoğan bildirib: "May ayında başladığımız prosesdə 1 əsas, 1 ehtiyat və 2 kosmik sərnişin müəyyən etdik. İlk öncə müraciət edənlərə, o cümlədən kosmos səyahətçilərinə təşəkkür edirəm. Türkiyənin ilk insanlı kosmik missiyasına gedəcək dostumuz 14 gün ISS-də qalacaq. Bayrağımızı kosmosda qürurla daşıyacaq kosmos səyahətçilərimizi tanımaq vaxtıdır. Beynəlxalq Kosmik Stansiyaya gedəcək qardaşımız Alper Gezeravcı, Hərbi Hava Qüvvələrində mühüm uğurlar qazanmış qəhrəman türk pilotudur. Əvəzedici seçilən qardaşımız Cihangir Atasever də ROKETSAN-da sistem mühəndisidir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər