Əsas məzmuna keç

Komissiyanın 1-ci iclası: Yeni adların prinsipləri müəyyən edildi

Komissiyanın 1-ci iclası: Yeni adların prinsipləri müəyyən edildi

AMEA Dilçilik İnstitutunda Nadir Məmmədlinin sədrliyi ilə şəxs adlarının yeni normaları və orfoqrafiyası müzakirə olunub. Hansı adlar qadağan olunacaq? Ətraflı:

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Şəxs adları Komissiyasının ilk iclasında nələr müzakirə olundu?

Milli Elmlər Akademiyasının () Nəsimi adına Dilçilik İnstitutunda, Azərbaycan Respublikası Terminologiya Komissiyasının nəzdində fəaliyyət göstərən Şəxs adları Komissiyasının ilk iclası keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iclasda komissiyanın yeni tərkibi iştirak edərək, adların elmi əsaslarla sistemləşdirilməsi məsələlərini mərkəzinə gətirib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Şəxs adları Komissiyasının sədri professor Nadir Məmmədli bildirib ki, komissiyanın gələcək fəaliyyəti nəticəsində şəxs adlarının elmi əsaslarla sistemləşdirilməsi və onların düzgün yazılış normalarının müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq.

Bununla yanaşı, Azərbaycan dilinin daxili qanunauyğunluqlarına uyğun olmayan təsadüfi və süni adların qarşısının alınması planlaşdırılır. Qeyd edilib ki, milli ad fondunun qorunması və zənginləşdirilməsi, unudulmuş və tarixi ənənəyə malik adların yenidən dövriyyəyə qaytarılması da Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olacaqdır.

Qadağan olunan adlar və yeni adların yaradılması prinsipləri

İclasda Şəxs adları Komissiyasının gördüyü işlərin planı açıqlanıb. Komissiyanın məqsədi və funksiyası, Azərbaycan şəxs adlarının təsnifatı, yazılış və transliterasiya problemi kimi aktual mövzular müzakirə olunub.

Həmçinin, qadağan və ya arzuolunmaz , yeni adların yaradılması prinsipləri, normativ lüğət və açıq platforma yaradılması və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Adların orfoqrafiyası və "bəy", "xan" titullarının işlənməsi qaydaları

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənafova çıxışında titul bildirən "bəy", "xan" sözlərinin şəxs adlarının tərkibində işlənməsi məsələsinə xüsusi diqqət ayırıb. O, bu gün vətəndaşlar arasında adların orfoqrafiyası və səslənməsi məsələsini gündəmə gətirib.

Komissiya üzvləri, ölkədə geniş yayılmış bəzi adların mənşəyinə və onların dil normalarına uyğunluğuna dair fikirlərini bölüşüblər. İclasda yeni təklif olunan adların Azərbaycan dilinin orfoqrafiya normalarına uyğunluq məsələsi xüsusi diqqət mərkəzində olub.

Yeni formalaşdırılmış Komissiyanın fəaliyyət istiqamətləri, qarşıya qoyulan strateji vəzifələr və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…