KİV: Paşinyana qarşı impiçment proseduruna başlamaq üçün müxalifət 54 səs toplamalıdır

KİV: Paşinyana qarşı impiçment proseduruna başlamaq üçün müxalifət 54 səs toplamalıdır
10.05.2024 13:36
Aa
dəq

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı impiçment proseduruna başlamaq və posta öz namizədini irəli sürmək üçün müxalifətə azı 54 səs toplamaq lazımdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hazırda müxalifətdən olan “Ayastan” və “Şərəfim var” fraksiyalarını Ermənistan Milli Məclisində 35 deputat təmsil edir. Müxalifət daha 19 deputatın dəstəyini almalıdır.

Qeyd edək ki, Ermənistan ərazisində Azərbaycanla sərhədin delimitasiyasına başlanması ilə bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar Paşinyanın istefasını tələb edirlər.

Ermənistan KİV xəbər verir ki, parlamentin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan parlamentin müxalifət qüvvələrinin baş nazirə etimadsızlıq səsverməsi prosesinin başlanması ilə bağlı gündəlik üzərində işləməyə hazır olduqlarını bildirib.

“Konkret proseslə bağlı müəyyən prosedur məsələləri var ki, onların bəziləri bizim tərəfimizdən müəyyən edilmir. Prosesi başa çatdırmaq üçün hakim “Vətəndaş müqaviləsi” fraksiyasından bir sıra deputatların iştirakını təmin etmək lazım gələcək”, - o qeyd edib.

Həftənin ən çox oxunanları

Türkiyədə İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

Türkiyədə İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
DAVAMIN OXU davamın oxu

Rusiyada azərbaycanlılara məxsus restoran yanıb

Rusiyada azərbaycanlılara məxsus restoran yanıb
DAVAMIN OXU davamın oxu

İranın müvəqqəti XİN başçısı nazir müavinləri şurasının iclasını keçirib

İranın müvəqqəti XİN başçısı nazir müavinləri şurasının iclasını keçirib
DAVAMIN OXU davamın oxu

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
DAVAMIN OXU davamın oxu

Vladimir Putin müdafiə nazirinin müavinini dəyişib

Vladimir Putin müdafiə nazirinin müavinini dəyişib
DAVAMIN OXU davamın oxu