Operativ Məlumat Mərkəzi

KİV: “İsrail HƏMAS-a qarşı hərbi əməliyyatı azı bir il davam etdirməyi planlaşdırır”

1 dəq
Paylaş:
KİV: “İsrail HƏMAS-a qarşı hərbi əməliyyatı azı bir il davam etdirməyi planlaşdırır”

“İsrail HƏMAS hərəkatına qarşı azı bir il davam edə biləcək uzunmüddətli hərbi kampaniyaya hazırlaşır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Bildirilib ki, hərbi əməliyyatların ən gərgin mərhələsi 2024-cü ilin əvvəlində gözlənilir.

İsrail komandanlığının məqsədlərinə Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvar, hərəkatın hərbi lideri Məhəmməd əl-Deyf və onun digər yüksək vəzifəli üzvü Mərvan İsanın zərərsizləşdirilməsi daxildir. Bundan əlavə, İsrail Qəzzada tunel sistemini məhv etmək niyyətindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər