Operativ Məlumat Mərkəzi

KİV: Çinin hava şarı ABŞ-ın hərbi obyektlərindən kəşfiyyat məlumatları toplayıb

2 dəq
Paylaş:
KİV: Çinin hava şarı ABŞ-ın hərbi obyektlərindən kəşfiyyat məlumatları toplayıb
bu barədə “NBC News” telekanalı öz yüksək rütbəli mənbələrinə istinadən məlumat yayıb. Telekanal bildirib ki, kəşfiyyat hava şarı Çindən idarə olunub və...

ABŞ Cənubi Karolina ştatı üzərində fevralın 4-də vurduğu və Çinə məxsus olan hava şarı ABŞ-ın bəzi hərbi obyektlərindən kəşfiyyat məlumatları toplayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “NBC News” telekanalı öz yüksək rütbəli mənbələrinə istinadən məlumat yayıb.

Telekanal bildirib ki, kəşfiyyat hava şarı Çindən idarə olunub və ABŞ hərbi obyektlərindən məlumat toplamaqla məşğul olub.

Həmçinin qeyd olunub ki, hava şarı bir neçə obyektin üzərindən uçub və məlumatları real vaxt rejimində Pekinə ötürüb:

“Şar, çox güman ki, şəkilləri deyil, obyektlərin və ya silah sistemlərinin şəxsi heyətinin rabitə sistemlərindən ətrafa yayılan elektron siqnalları ötürüb”.

Xatırladaq ki, fevralın 4-də ABŞ hava məkanına daxil olan hava şarını raketlə vurmuşdu. Pentaqonun iddiasına əsasən, Çin hökuməti cihazın köməyi ilə mühüm məlumatlar toplayıb, Çin XİN bu məlumatı təkzib etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər