Vaşinqton və Təl-Əviv İrandakı tarixi obyektlərin məhv edilməsini dərhal dayandırmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Pekində keçirilən brifinqdə bildirib.
"Biz tarixi abidələrin, o cümlədən UNESCO siyahısında olan obyektlərin dağıdılmasından dərin kədər hissi keçiririk", - deyə diplomat vurğulayıb.
O, münaqişə tərəflərini ən qısa zamanda danışıqlara başlamağa və müharibəyə son qoymağa çağırıb.
Çin XİN nümayəndəsinin sözlərinə görə, bu münaqişə ümumiyyətlə baş verməməli idi. Çin hərbi əməliyyatların dərhal dayandırılmasında və diplomatik həll yoluna qayıdılmasında israrlıdır.
Daha əvvəl Çin XİN-in digər rəsmi nümayəndəsi Lin Szyan bildirmişdi ki, ABŞ və İran arasındakı müharibənin davam etməsi Yaxın Şərqi xaosa sürükləyəcək. Onun sözlərinə görə, güc tətbiqinin davam etdirilməsi yalnız qüsurlu dairəyə gətirib çıxaracaq.