Çin İsrail Baş naziri Benyamin Netanyahunun Pekinin İranın raket istehsalına dəstək verdiyi barədə iddialarını qəti şəkildə təkzib edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Çin tərəfi yayılan məlumatları “əsassız ittihamlar” adlandırıb və bu bəyanatların faktlara söykənmədiyini bildirib.
Məsələ ABŞ mediası "60 Minutes" tərəfindən yayımlanan müsahibə zamanı gündəmə gəlib. Netanyahu həmin proqramda Çinin İranın raket istehsalı və regional hərbi imkanlarının gücləndirilməsinə yardım etdiyini iddia edib.
Pekin isə bu açıqlamaları rədd edərək, İranla əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini vurğulayıb.