Operativ Məlumat Mərkəzi

Kimyaterapiyaya alternativ xərçəng müalicəsi tapılıb

1 dəq
Paylaş:
Kimyaterapiyaya alternativ xərçəng müalicəsi tapılıb
bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Texasdakı Rays Universitetinin tədqiqatçıları tərəfindən "molekulyar çəkiclər" (MHJ) adlandırılan üsul...

ABŞ-də elm adamları nanotexnologiya sayəsində kimyaterapiyaya alternativ ola biləcək xərçəng müalicəsi hazırlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Texasdakı Rays Universitetinin tədqiqatçıları tərəfindən "molekulyar çəkiclər" (MHJ) adlandırılan üsul şişləri aradan qaldırmaq üçün istifadə edilə biləcəyi qeyd olunub.

MHJ metodunda, tibbi görüntüləmə prosedurlarında istifadə edilənə bənzər bir siyanin boyası bədənə vurulur. Bu boya xərçəng hüceyrəsinə bağlandıqdan sonra bədənə zərər vermədən bədənin dərinliklərinə nüfuz edə bilən infraqırmızı işıqla aktivləşdirilir.

Bu siqnallar xərçəng hüceyrəsində vibrasiyaya səbəb olur və hüceyrə membranının qopmasına səbəb olaraq xərçəngi məhv edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər