Şimali Koreya lideri Kim Çen In nadir keçirilən partiya qurultayı ərəfəsində “strateji missiya” üçün nəzərdə tutulmuş onlarla yeni raket qurğusunu nümayiş etdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyanın silah sənayesi hakim Koreya Əmək Partiyasının IX qurultayına 600 millimetrlik çaplı 50 ədəd reaktiv yaylım atəş sistemi təqdim edib.
“Bu, fokuslaşdırılmış zərbə silahıdır, dünyada ən güclüsüdür. Bu, reaktiv yaylım atəş sistemidir, lakin dəqiqliyi və gücü baxımından demək olar ki, yüksək dəqiqlikli ballistik raketdən fərqlənmir”, - KXDR lideri bildirib.
Tədbirin bir neçə gün davam edəcəyi, bu müddətdə yeni beşillik iqtisadi planın hazırlanacağı və rəhbərlikdə dəyişikliklərin mümkün olduğu bildirilir.