Kilisdə axtarış-xilasetmə əməliyyatları sonlanıb

Kilisdə axtarış-xilasetmə əməliyyatları sonlanıb
09.02.2023 13:57
Aa
dəq

Türkiyənin Kilis vilayətində axtarış-xilasetmə işləri başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, oradakı komanda axtarış-xilasetmə işlərinin davam etdiyi digər ərazilərə göndərilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Hadisə nəticəsində azı 12 873 nəfər ölüb, 62 937 nəfər isə yaralanıb.

Həftənin ən çox oxunanları

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu

İran BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağı gözləyir

İran BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağı gözləyir
DAVAMIN OXU davamın oxu

Zaxarova Aİ diplomatiyasının yeni rəhbərinin təyinatını şərh edib

Zaxarova Aİ diplomatiyasının yeni rəhbərinin təyinatını şərh edib
DAVAMIN OXU davamın oxu

Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb

Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb
DAVAMIN OXU davamın oxu