Bu gün səhər saatlarında "Hizbullah" tərəfindən Livandan İsrailin şimalındakı Qalileya bölgəsinə təxminən 30-a yaxın raket buraxılıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in İsrailin 12-ci telekanalına istinadən verdiyi xəbərə görə, İsrail Müdafiə Ordusu buraxılan raketlərdən üçünün ələ keçirildiyini, qalanlarının isə açıq əraziyə düşdüyünü açıqlayıb.
Raket atəşi nəticəsində Manara və Kiryat-Şmona yaşayış məntəqələrində hava həyəcan siqnalı sirenləri işə düşüb. Hazırda zərər çəkənlər barədə rəsmi məlumat yoxdur.
Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi. Görüşdə əsas məqsəd atəşkəs sazişinə nail olmaq üçün sülh danışıqlarının başlama tarixini müəyyən etmək idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri — Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.