Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xətibzadə ABŞ-la danışıqlar barədə: Müharibə dövrü bitməlidir

2 dəq
Paylaş:
Xətibzadə ABŞ-la danışıqlar barədə: Müharibə dövrü bitməlidir

İran ABŞ və İsraillə münaqişədə müvəqqəti atəşkəsə qarşı çıxır, çünki müvəqqəti razılaşmalar böhranı yalnız uzadır.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bu barədə İranın nazirinin müavini Səid Xətibzadə Antalya Forumu çərçivəsində jurnalistlər qarşısında çıxış edərkən bildirib.

"Biz heç bir müvəqqəti atəşkəsi qəbul etmirik, çünki bu pis dövrə - əvvəlcə diplomatiya, sonra müharibəyə qayıdışa - son qoyulmalıdır", - o qeyd edib.

Xətibzadə vurğulayıb ki, ABŞ ilə hazırkı davamlı və yekun həllin əldə olunmasına yönəlib.

O, həmçinin Hörmüz ətrafındakı vəziyyətə toxunaraq bildirib ki, boğaz tarixən İranın qərarı ilə açıq qalıb. Onun sözlərinə görə, Tehran ABŞ və İsrailin hərəkətlərini regionda gərginliyin eskalasiyası amili kimi qiymətləndirir.

Diplomat əlavə edib ki, İran münaqişənin ədalətli şərtlərlə dayandırılması, eləcə də ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi şərti ilə sülhə hazırdır.

"Bu halda İran zəmanət verə bilər ki, gələcəkdə Hörmüz boğazı sülh və sabitlik dəhlizi olaraq qalacaq", - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax