Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xamenei ABŞ-yə xəbərdarlıq etdi: Hücuma sərt cavab veriləcək

2 dəq
Paylaş:
Xamenei ABŞ-yə xəbərdarlıq etdi: Hücuma sərt cavab veriləcək

İranın ali lideri Əli -nin İslam Respublikasına qarşı törədə biləcəyi hər hansı təcavüzün genişmiqyaslı regional münaqişəyə çevriləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.

İran liderinin sözlərinə görə, rəsmi Tehran müharibəyə başlamaq niyyətində deyil və digər ölkələrə hücum etməyi planlaşdırmır.

Lakin o, ölkəsinin hər hansı təcavüzkara qarşı qətiyyətli müqavimət göstərəcəyini vurğulayıb:

"İran xalqı ona hücum edən və zərər vuran hər kəsə sarsıdıcı cavab verəcək".

Xamenei həmçinin İran xalqını ABŞ Prezidenti Donald Tramp tərəfindən Yaxın Şərqə əlavə qüvvələrin göndərilməsi ilə bağlı verilən bəyanatlardan qorxmamağa çağırıb.

Xatırladaq ki, yanvarın 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə doğru hərəkətə başlayıb. Gəminin artıq İrana gedən yol üzərindəki Malakka boğazına daxil olduğu bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax