İranın ali dini liderinin müşaviri Kamal Xərrazi Tehranın bombardman edilməsi nəticəsində ağır yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Hadath” nəşri məlumat yayıb.
Onun vəziyyətinin kritik olduğu, hücum zamanı həyat yoldaşının isə həlak olduğu bildirilir.
İran rəsmiləri hələlik bu məlumata münasibət bildirməyiblər.
Bundan əvvəl İranın yeni ali lideri Müctəba Xameneinin də yaralandığı barədə xəbərlər yayılmışdı. Xarici media onun vəziyyətinin ağır olduğunu yazsa da, İran rəsmiləri bu məlumatı təkzib ediblər.