Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-yə gedir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib iki, o, Vaşinqtonda keçiriləcək Sülh Şurasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Hakan Fidan regional sülh və Qəzzanın gələcəyi ilə bağlı Türkiyənin qəti mövqeyini beynəlxalq ictimaiyyətə müraciəti vasitəsilə bir daha bəyan edəcək.
Nazirin çıxışında Fələstin məsələsinin həllinə yönəlmiş beynəlxalq səylərin qətiyyətlə davam etdirilməsinin vacibliyi də vurğulanacaq.