Operativ Məlumat Mərkəzi

Kennedi Baydeni ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmağa çağırıb

1 dəq
Paylaş:
Kennedi Baydeni ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmağa çağırıb

ABŞ administrasiyası regionda münaqişənin olmasını istəməsə, hərbi qoşunlarını Yaxın Şərq ölkələrindən çıxarmalı olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri ABŞ prezidentliyinə namizəd Robert Kennedi "X" sosial şəbəkədə bildirib.

Siyasətçi vurğulayıb ki, Yaxın Şərqdəki ABŞ qoşunları “xoş gəlmir”, onların orada lazım deyil və regionda münaqişəyə başlamaq istəyən hər kəs üçün “həssas hədəflər”dir.

"Onları oradan çıxarın!",- deyə Kennedi ABŞ prezidenti Co Baydenin İraq və Suriyaya hücum qərarını şərh edib.

Kennedi Amerika qoşunlarının yalnız rəsmiləri müvafiq xahişlə ABŞ-yə müraciət etmiş ölkələrdə qalmasını təklif edib.

Bununla belə, həm İraq, həm də Suriya ABŞ-dən qoşunlarını geri çəkməsini istəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər