Operativ Məlumat Mərkəzi

Kəngərli rayonunda 2 top mərmisi tapılıb - FOTO

1 dəq
Paylaş:
Kəngərli rayonunda 2 top mərmisi tapılıb - FOTO
məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 120 mm-lik və 1 ədəd 110 mm-lik qəlpəli top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər