Kəmaləddin Heydərov BMMT-nin Baş katibi ilə görüşüb

Kəmaləddin Heydərov BMMT-nin Baş katibi ilə görüşüb
18.05.2023 14:08
Aa
dəq

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi xanım Njupuo Yap Mariatunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 18-də qonaqlar, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra nazir general-polkovnik Kəmaləddin Heydərov BMMT-nin Baş katibi xanım Njupuo Yap Mariatunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə görülən işlər, habelə FH-in fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bu çərçivədə, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir, FHN-in qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə danışıb.

Nazir Azərbaycanın 1993-cü ildən üzvü olduğu BMMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla xatırladaraq, münasibətlərin daha da genişlənməsinə yeni təkan verən 2018-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında informasiya mübadiləsi Reqlamenti”ni qeyd edib. Əməkdaşlıq münasibətləri çərçivəsində BMMT tərəfindən FHN-in Akademiyasına xüsusi trenajor komplekslərinin, o cümlədən bir sıra təlim-məşq avadanlıqları və laborator cihazlarının verilməsinə görə xanım Njupuo Yap Mariatuya təşəkkür edib. Nazir, həmçinin BMMT xətti ilə FHN-in Akademiyasında regional və beynəlxalq təlimlərin, seminar və treninqlərin keçirilməsi üçün perspektivlərin nəzərdən keçirilməsini təklif edib.

Səmimi görüşə görə təşəkkür edən BMMT-nın Baş katibi xanım Njupuo Yap Mariatu, rəhbərlik etdiyi təşkilat tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycanın BMMT-nin dəyərli üzvü olduğunu bildirən qonaq, münasibətlər çərçivəsində FHN-in fəaliyyətini qeyd edib, bu kontekstdə 2013-cü ildə Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfransı xatırladıb. Xanım Njupuo Yap Mariatu BMMT-nın Baş Assambleyasının ötən ilin noyabr ayında keçirilmiş sessiyasında Azərbaycanın təşkilatın İcraiyyə Şurasına növbəti 4 il üçün yenidən üzv seçilməsinin əhəmiyyətini vurğulayıb. Əməkdaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edən qonaq, bu məqsədlə qarşılıqlı səfərlərin, birgə təlim və seminarların mühüm töhfə olduğunu dilə gətirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Həftənin ən çox oxunanları

XİN: Ermənistana edilən hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək

XİN: Ermənistana edilən hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək
DAVAMIN OXU davamın oxu

Britaniya səfiri Azərbaycanın media işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edib

Britaniya səfiri Azərbaycanın media işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Şuşada fransız kolonializminə dair hesabat təqdim edilib

Şuşada fransız kolonializminə dair hesabat təqdim edilib
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev: Milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib

Hikmət Hacıyev: Milli mətbuatımız uzun, şərəfli və məsuliyyətli inkişaf yolu keçib
DAVAMIN OXU davamın oxu

Bu gün Şuşada BTQ-nin sifarişi ilə yazılmış neokolonializmlə bağlı hesabatın təqdimatı olacaq

Bu gün Şuşada BTQ-nin sifarişi ilə yazılmış neokolonializmlə bağlı hesabatın təqdimatı olacaq
DAVAMIN OXU davamın oxu