Operativ Məlumat Mərkəzi

Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edilib

1 dəq
Paylaş:
Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edilib

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər