Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini ordu generalı Pavel Popovu saxlayıb. \
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaq onu da müəyyən edib ki, Popov Moskvanın prestijli ərazilərində ümumi dəyəri 500 milyon rubldan çox olan daşınmaz əmlaka malikdir.
Popovu 1 milyon rubla qədər cərimə və 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.