Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Rosaviatsia"ya istinadən xəbər verir.
"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qurumun teleqram kanalında bildirilib.
Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.