Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətindəki qeyri-sabitlik fonunda Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Supsa marşrutlarını və Xəzər vasitəsilə Azərbaycan üzərindən tranziti neft ixracı üçün əlavə marşrutlar kimi qiymətləndirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan" agentliyinə respublikanın Energetika Nazirliyindən bildirilib.
Qeyd edək ki, Qazaxıstanın "KazMunayQaz" milli neft-qaz şirkəti 2026-cı ildə BTC ilə neft ixracını 2025-ci illə müqayisədə 31 % artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.
2026-cı ilin yanvar-iyun aylarında Aktau limanı vasitəsilə BTC istiqamətində 704 min ton Qazaxıstan nefti aşırılıb.
Boru kəmərinin uzunluğu 1 768 km, ötürücülük qabiliyyəti isə ildə 50 milyon tondan çox neft təşkil edir.