"Dairəvi yaşıl turizm" üzrə konfrans Azərbaycan sədrliyinin vaxtında irəli sürdüyü dəyərli təşəbbüsüdür.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən "AQEM ölkələrində "dairəvi yaşıl turizm" konfransında bildirib.
O, AQEM-in strukturunda turizmin əməkdaşlığın tətbiqi istiqaməti kimi inkişafında göstərdiyi ardıcıl liderliyə və güclü dəstəyə görə Azərbaycan sədrliyinə təşəkkür edib: "Dairəvi yaşıl turizm" üzrə konfrans Azərbaycan sədrliyinin aktual və mühüm təşəbbüsüdür. Bu konfrans Asiyada turizmin gələcək perspektivlərinin getdikcə daha çox dövlətin turizm istiqamətlərini dayanıqlı inkişaf platformalarına çevirmək hazırlığından asılı olacağını aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, bununla yerli təcrübələrin ümumi dəyərlərə, mədəni irsin mədəniyyətlərarası dialoqa, turizm sahəsində əməkdaşlığın isə etimadın möhkəmləndirilməsi alətinə çevrilməsi nəzərdə tutulur".
K.Sarıbay qeyd edib ki, Azərbaycanın AQEM-dəki sədrliyi qaşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf məsələlərini "Asiyada daha güclü AQEM, qaşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf " şüarı altında strategiyasının mərkəzinə qoyub: "Bu baxış nəqliyyat, logistika, maliyyə, rəqəmsal texnologiyalar, media, gənclərin iştirakı, ekoloji qarşılıqlı fəaliyyət və turizm sahələrində konkret təşəbbüslər vasitəsilə həyata keçirilir. Bu kontekstdə "AQEM ölkələrində dairəvi yaşıl turizm" layihəsi strateji gündəliyimizin mühüm komponenti kimi çıxış edir. O, dayanıqlı turizm siyasətinə, resurslardan səmərəli istifadəyə, yerli əlavə dəyər zəncirlərinin inkişafına, yerli icmaların cəlb edilməsinə və turizm qurumları ilə AQEM-ə üzv dövlətlərin iştirakçıları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə kömək etmək üçün tətbiqi platforma formalaşdırır".