Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kaya Kallas: Aİ-nin müdafiə layihələri bir-biri ilə uyğun gəlmir

2 dəq
Paylaş:
Kaya Kallas: Aİ-nin müdafiə layihələri bir-biri ilə uyğun gəlmir

Avropa İttifaqının (Aİ) siyasəti üzrə ali nümayəndəsi Kaya üzv ölkələrdə həyata keçirilən layihələrinin əksəriyyətinin bir-biri ilə uyğun olmadığını vurğulayaraq, satınalma və innovasiya sahələrində daha çox əməkdaşlığın zəruri olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kallas əsas diqqətin innovasiya və ortaq layihələrə yönələcəyini deyib.

“Çünki gördüyümüz bir həqiqət var ki, üzv dövlətlərdə bir-biri ilə uyğun olmayan çox sayda layihə mövcuddur. Üzv ölkələri həm ortaq satınalma, həm də innovasiya sahəsində daha çox əməkdaşlığa təşviq etməliyik”, - o qeyd edib

Kallas ciddi həcmdə maliyyə ayrılmasına baxmayaraq müdafiə sənayesinin istehsalı kifayət qədər artırmadığını və sürətləndirmədiyini bildirib:

"Müdafiə istehsalımızı həqiqətən daha sürətlə artırmalıyıq. Bundan əlavə, ortaq satınalma yolu ilə ehtiyac duyduğumuz müdafiə imkanlarını özümüz istehsal edə biləcək vəziyyətə gəlməliyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax