Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan-ABŞ sazişi iqtisadiyyata necə təsir edəcək? - Deputat AÇIQLADI

2 dəq
Paylaş:
Azərbaycan-ABŞ sazişi iqtisadiyyata necə təsir edəcək? - Deputat AÇIQLADI

Bakıda “ Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin deputatı Vüqar sənədin əhəmiyyətini şərh edərək bildirib ki, bu addım Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcıdır.

photo_314053.webp?v=MTM6MDMyMDI2LTAyLTEwIDExOjI4OjQx

Deputatın sözlərinə görə, Xartiyanın imzalanması iki ölkə arasında siyasi və strateji əməkdaşlığı daha da gücləndirməklə yanaşı, iqtisadi sahədə də böyük perspektivlər açır.

“Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzit istiqamətləri ilə yanaşı, regional bağlantılar, və rəqəmsal infrastruktur kimi yeni iqtisadi sərmayə sahələrini də əhatə edəcək”, – deyə o vurğulayıb.

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar təşkil edib. Həmin dövrdə Azərbaycanın ABŞ-yə qeyri neft-qaz məhsulları ixracı isə 54 milyon 491 min dollar olub.

hesab edir ki, strateji əməkdaşlığın gücləndirilməsi qeyri-neft ixracının artmasına və ticarət dövriyyəsinin genişlənməsinə təkan verəcək.

Millət vəkili Azərbaycanın hazırda 16 ölkəyə təbii qaz ixrac etdiyini xatırladaraq bildirib ki, ölkəmiz ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinə mühüm töhfə verir. Onun fikrincə, ABŞ ilə strateji tərəfdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb olunmasına şərait yaradacaq.

“Bu ABŞ texnologiyasının və sərmayəsinin Azərbaycana gəlməsi, eyni zamanda ölkəmizdə iqtisadi fəallığın artması deməkdir. Nəticədə iqtisadi diversifikasiya ilə bağlı hədəflərimizin reallaşdırılması daha da sürətlənəcək”, – deyə Vüqar Bayramov əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax