Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Yuventus" "Bayer"in ulduzu Alexandro Qrimaldo ilə maraqlanır

1 dəq
Paylaş:
"Yuventus" "Bayer"in ulduzu Alexandro Qrimaldo ilə maraqlanır

Almaniyanın "Bayer" (Leverkuzen) klubunun sol müdafiəçisi Avropa nəhənglərinin diqqət mərkəzindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində bir neçə tanınmış komanda maraqlıdır.

"" artıq üç ildir ki, təcrübəli oyunçunu izləyir və hazırda onun imkanlarını nəzərdən keçirir.

Bundan əvvəl müdafiəçiyə "Barselona", "Milan""Bavariya" kimi klubların da maraq göstərdiyi iddia olunurdu.

Hazırda 30 yaşı olan futbolçunun klubu ilə müqaviləsi bir ildən sonra başa çatır. Bu səbəbdən onun 15 milyon avro müqabilində başqa komandaya keçməsi mümkündür.

Cari mövsümdə "Bayer"in heyətində bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" portalı mütəxəssisləri oyunçunun bazar dəyərini 24 milyon avro olaraq qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax