Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Jozep Borrel Avropa İttifaqına vacib tövsiyə verdi: “Rollar dəqiq müəyyənləşməlidir”

2 dəq
Paylaş:
Jozep Borrel Avropa İttifaqına vacib tövsiyə verdi: “Rollar dəqiq müəyyənləşməlidir”

Avropa İttifaqının (Aİ) siyasəti üzrə keçmiş ali nümayəndəsi qurumun gələcək fəaliyyəti ilə bağlı mühüm açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Borrel "Politico" nəşrinə müsahibəsində Avropa İttifaqının qlobal arenada daha təsirli və iddialı mövqe tutması üçün ilk növbədə daxili strukturlarda səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsinin vacibliyini bildirib.

Onun sözlərinə görə, mövcud qeyri-müəyyənlik Aİ-nin effektiv fəaliyyətinə mane olur. "İlk addım kimin nəyə cavabdeh olduğunu dəqiq müəyyənləşdirməkdir. Əgər məsuliyyət bölgüsü aydın deyilsə, beynəlxalq müstəvidə qətiyyətli mövqe nümayiş etdirmək mümkün deyil", – deyə Borrel qeyd edib.

Məlumata görə, hazırda Avropa İttifaqı daxilində xarici siyasət xidmətinin gələcəyi ilə bağlı müzakirələr aparılır. Bəzi rəsmilər bu qurumun funksiyalarının aktuallığını itirdiyini bildirir və onun səlahiyyətlərinin bir hissəsinin mərhələli şəkildə Avropa Komissiyasına ötürüldüyü qeyd olunur.

Bildirilib ki, Aİ rəhbərliyində mövcud fikir ayrılıqları da idarəetmə prosesinə təsir göstərir. Xüsusilə, Avropa Komissiyasının sədri ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında fikir ayrılıqlarının olduğu və bunun qərar qəbuletmə prosesində çətinliklər yaratdığı vurğulanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax