Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb

2 dəq
Paylaş:
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb

Azərbaycanın naziri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Anutin ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər Azərbaycanın UNESCAP sədri kimi prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, regional məsələləri müzakirə ediblər.

" Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində (UNESCAP) cənab Anutin Çarnvirakul ilə görüşməkdən şərəf duyuram.

Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - C.Bayramov "X"dəki hesabında yazıb.

Qeyd edək ki, C.Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərində işgüzar səfərdədir. XİN başçısının 20 apreldə Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax