İranın Naxçıvana PUA (pilotsuz uçuş aparatı) zərbəsi endirməsi ilə bağlı insidentin hərtərəfli araşdırılması və gələcəkdə bu cür halların qarşısının alınması üçün Azərbaycan qarşı tərəfin verdiyi təminatları yerinə yetirəcəyinə ümid edir.
“Operativ Məlumat Mərkəzi-OMM” Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.
Ceyhun Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib.