Əsas məzmuna keç

Yaponiyada turistlərə qarşı yeni məhdudiyyətlər tətbiq ediləcək

Yaponiyada turistlərə qarşı yeni məhdudiyyətlər tətbiq ediləcək

Tokionun Şincuku rayonunda yaşayış məntəqələri, məktəblər və mədəni irs obyektlərinin yaxınlığında qısamüddətli kirayələr məhdudlaşdırılacaq. Qərarın təxminən 2 min kirayə mənzilə təsir edəcəyi bildirilir.

ru en

Yaponiyanın paytaxtı Tokioda yerləşən rayonunda həddindən artıq turizmin yaratdığı problemlərin qarşısını almaq məqsədilə evlərə yeni tətbiq olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yerli qaydalara əsasən, məntəqələrində, məktəblərin və mədəni irs obyektlərinin yaxınlığında qısamüddətli qalmağa icazə verilməməsi planlaşdırılır.

Yaponiyada bu sahə üzrə ən çox qeydiyyata malik rayon olan Şincukuda 2 min kirayə mənzilin yeni tənzimləmədən təsirlənəcəyi gözlənilir.

Qərarın fevral ayında rəsmiləşdirilməsi, yaşayış ərazilərində illik kirayə müddətinin isə 180 gündən 120 günə endirilməsi nəzərdə tutulur.

Rayon sakinlərindən bir il ərzində mindən çox rəsmi şikayətin daxil olması yerli idarəetməni hüquqi addım atmağa vadar edib.

Sakinlər əsasən zibillərin nizamsız atılmasından, gecə saatlarında yüksək səs-küydən, siqaret çəkmə qadağalarının pozulmasından və şəxsi mülklərə icazəsiz daxil olunmasından narazıdırlar.

Yerli rəsmilər ayrı-ayrı müəssisələri cərimələməyin və ya onların fəaliyyət icazələrini dayandırmağın problemi həll etmədiyini bildiriblər. Onlar davamlı nəticə əldə etmək üçün qanunvericilikdə dəyişiklik edilməsinin zəruri olduğunu vurğulayıblar.

Qeyd edək ki, Yaponiyaya gələn turistlərin sayının rekord həddə çatması ölkənin tarixi və turistik bölgələrində yerli sakinlərlə ziyarətçilər arasında gərginliyi artırıb.

Kyoto şəhərində də oxşar tədbirlər daha əvvəl tətbiq olunub və yaşayış məntəqələrində qısamüddətli kirayə müddəti ildə 60 günlə məhdudlaşdırılıb.

Ölkə üzrə tarixi mühiti və yaşayış sahələrini qorumaq məqsədilə Fuci dağına ziyarətçi kvotasının tətbiqi və bəzi ənənəvi festivalların ləğvi kimi tədbirlər də həyata keçirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…