İsrail Müdafiə Ordusu hazırda eyni vaxtda İran və Livanın paytaxtları — Tehranla Beyruta zərbələr endirdiyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ordunun sosial şəbəkələrdəki məlumatında bildirilib.
Məlumata əsasən, İsrailin Hərbi Hava Qüvvələri Tehranda İranın hərbi obyektlərinə, həmçinin Beyrutda "Hizbullah"ın mövqelərinə zərbələr endirməyə başlayıb.