Əsas məzmuna keç

İsrail Beyrutun mərkəzini vurdu: Yaşayış binası hədəf alındı

İsrail Beyrutun mərkəzini vurdu: Yaşayış binası hədəf alındı

Livanın paytaxtındakı Aishat-Bakkar məhəlləsində yaşayış binası raket zərbəsi ilə vurulub. İsrailin hədəfində Hizbullah rəhbərliyimi var? Hadisədən son detallar...

ru en

Livanın paytaxtı Beyrutun mərkəzində yerləşən - məhəlləsinə İsrail aviasiyası tərəfindən zərbə endirilib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Livanın Mülki Müdafiə Xidmətindəki mənbə TASS agentliyinə məlumat verib.

Məlumata görə, raketlər çoxmərtəbəli binasına düşüb və nəticədə bina alovlanıb. Hadisə yerinə dərhal yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Mənbənin sözlərinə görə, hücumun hədəfinin şiə silahlı qrupu “” rəhbərliyinin üzvlərindən biri olduğu ehtimal edilir.

Bildirilir ki, Aişat-Bakkar məhəlləsinin sakinləri zərbədən əvvəl evlərindən təxliyə edilməyib. Hazırda həmin ərazidə Livanın cənubundan son günlər köçən çox sayda qaçqın da yaşayır.

Xatırladaq ki, martın 10-da İsrail ordusu Livanda “Hizbullah” hərəkatının “Nasir” bölməsinin komandirinin öldürüldüyünü açıqlamışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…