İsrailin Müdafiə Ordusu Tehranda İran güc strukturlarının yeddi yüksək vəzifəli rəhbərinin və 40 böyük komandirin məhv olunduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun "X" sosial şəbəkəsindəki məlumatında deyilir.
İsrail Ordusu endirilən zərbələri tarixi adlandıraraq qeyd edib ki, onları dəqiq hərbi kəşfiyyat məlumatları əsasında həyata keçirmək mümkün olub.
Bundan əlavə, İsrailin Müdafiə Ordusunun komandanlığı İranın qərb və mərkəzi hissələrindəki hava hücumundan müdafiə sistemlərinin böyük hissəsinin məhv edildiyini bildirib. Bu hadisə İsrail hərbi hava qüvvələri üçün Tehran səmasında strateji üstünlük kimi qiymətləndirilir.