Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə 2023-cü iyulun 16-da keçiriləcək imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub