Əsas məzmuna keç

İtalyan ralli pilotu Polşada test yürüşü zamanı həlak olub

İtalyan ralli pilotu Polşada test yürüşü zamanı həlak olub

İtalyan yarışçısı Doretto Polşada keçiriləcək Avropa çempionatı ərəfəsində test zamanı baş verən qəza nəticəsində həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qəza zamanı onun şturman; Samuele Pellegrino xəstəxanaya aparılsa da, xəsarət almayıb və vəziyyəti stabildir.

21 yaşlı Matteo Doretto 2024-cü ildə İtaliya üzrə gənclər çempionu olmuş, bu nəticəyə əsasən Avropa çempionatında iştirak hüququ qazanmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…