Əsas məzmuna keç

İtaliyalı nazir: "Ağdamdakı dağıntıları heç kəs təsəvvür edə bilmirdi"

İtaliyalı nazir: "Ağdamdakı dağıntıları heç kəs təsəvvür edə bilmirdi"

bunu İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Prezident İlham Əliyev ilə görüşdə deyib. “Siz ərazilərinizi azad etdikdən...

"Azərbaycanda dəfələrlə olmuşam. Mən hələ xarici ticarət naziri olduğum zaman ölkənizə səfər etmişdim. Bu gün isə “Ansaldo” ilə razılaşmanın qeyd olunması mərasiminə qatılmışam".

"Operativ Məlumat Mərkəzi- OMM" xəbər verir ki, bunu İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso İlham Əliyev ilə görüşdə deyib.

“Siz ərazilərinizi azad etdikdən bir neçə gün sonra İtaliyanın parlament nümayəndə heyətinin tərkibində ölkənizə səfər etdim. O vaxt həmin yerlərə baş çəkdik. Ağdam şəhərinə getdiyimi, məscidin minarəsindən çəkdiklərimi xatırlayıram. İtaliyanın informasiya kanallarında onları nümayiş etdirdim. Bu səfər məndə böyük hisslər doğurdu. Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi”, - deyə Adolfo Urso bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…