Operativ Məlumat Mərkəzi

İtaliyada gəmi batdı - Ölən və itkin düşənlər var-YENİLƏNİB

1 dəq
Paylaş:
İtaliyada gəmi batdı - Ölən və itkin düşənlər var-YENİLƏNİB
bu barədə İtaliya KİV-ləri məlumat yayıb. *** İçində xarici turistlərin olduğu yelkənli gəmi Siciliya sahilləri yaxınlığında batıb.  "Operativ Məlumat...

İtaliyanın Siciliya adasında batmış qayıqda daha bir nəfərin meyiti tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtaliya KİV-ləri məlumat yayıb.

***

İçində xarici turistlərin olduğu yelkənli gəmi Siciliya sahilləri yaxınlığında batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb.

49 metrlik yelkənli gəmidən 15 nəfər xilas edilib, lakin 6 nəfər itkin düşmüş hesab olunur.

İtaliyanın yanğın-xilasetmə xidmətinin nümayəndəsi Luka Karinin sözlərinə görə, hadisə yerində sahil mühafizəsi, yanğınsöndürmə xidmətinin helikopteri və xilasedici qayıqları olub, dalğıclar batmış gəmini 50 metr dərinlikdə aşkar ediblər.

Yerli KİV yelkənli gəminin Britaniya bayrağı altında üzdüyünü, göyərtəsində əsasən Britaniya sərnişinləri ilə yanaşı Yeni Zelandiya, Şri-Lanka, İrlandiya və Fransa vətəndaşlarının da olduğunu yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər